Paşinyan dövlətə xəyanətlə bağlı dindirildi

SİYASƏT

18 Aprel 2023 23:08

Oxunma sayi: 701
Paşinyan dövlətə xəyanətlə bağlı dindirildi

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı dövlətə xəyanət ittihamı ilə başlanmış cinayət işi çərçivəsində istintaq orqanları tərəfindən dindirilib.

Bu barədə çərşənbə axşamı Ermənistan hökumətinin başçısı özü parlamentdə bildirib.

O, müxalifətçi deputatlardan birinin müvafiq sualına “Bəli, məni dindirdilər. Nə qədər lazımdır, o qədər də dindirəcəklər”, - deyə cavab verib.

Paşinyan, həmçinin əlavə edib ki, müvafiq cinayət işləri üzrə 43 hərbçi təqsirləndirilir.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!