Paşinyan: “Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verib”

SİYASƏT

22 Dekabr 2022 12:27

Oxunma sayi: 365
Paşinyan:  “Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verib”

“Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib”.

Bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.

“Biz təqdim etdiyimiz məzmun çərçivəsində müqaviləni imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, - deyə N.Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də verilib.

Mənbə: Aysor.am

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!