Paşinyan Rusiya sülhməramlılarından Putinə şikayət edib

SİYASƏT

27 Dekabr 2022 14:58

Oxunma sayi: 488
Paşinyan Rusiya sülhməramlılarından Putinə şikayət edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsini İrəvanın ən kəskin problemi adlandırıb.

Paşinyan şikayət edib ki, Laçın dəhlizi 20 gündür bağlıdır. Üstəlik, üçtərəfli razılaşmaya görə, o, Rusiya sülhməramlılarının nəzarətində olmalıdır.

Azərbaycan da dəhlizdən yüklərin və sərnişinlərin maneəsiz keçməsinə zəmanət verib. “İndi isə məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil.

Təbii ki, mən bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”, - deyə Paşinyan vurğulayıb.

Bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin izah etmişdi ki, Rusiya sülhməramlıları Laçın dəhlizində  tərəflərin təsdiqlənməmiş mandatladırlar.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!