Paşinyan sülhməramlıların mandatının 20 ilə qədər uzanmasını istəyir

SİYASƏT

29 Oktyabr 2022 21:20

Oxunma sayi: 372
Paşinyan sülhməramlıların mandatının 20 ilə qədər uzanmasını istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb.

Azmedia.Az xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan belə bir təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.

“Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”, - deyə Paşinyan bildirib. 

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda atəşkəs razılaşmasının icrasını yoxlamaq üçün göndərilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!