Paşinyan tez tez istinad etdiyi demokratiyanı şübhə altına aldı

SİYASƏT

31 May 2023 12:08

Oxunma sayi: 548
Paşinyan tez   tez istinad etdiyi demokratiyanı şübhə altına aldı

“Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricdən qaynaqlanır”.

Bu sözləri İrəvanda Ermənistan Demokratiya Forumunda çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib.

N.Paşinyan qeyd edib ki, xaricdən olan təhdidlər hamıya yaxşı məlumdur və aşkardır.

“Ancaq vacibdir ki, biz hamımız cəmiyyətdə dolaşan ən aktual suala cavab verə və onu isbat edə bilək – Demokratiya həm də təhlükəsizliyi təmin etməyə qadirdirmi? Bu, həqiqətən də vacib sualdır və hamımız inanırıq ki, onun müsbət cavabı var. Amma bunu hələ sübut etmək lazımdır”, - deyə Ermənistanın baş naziri vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!