Paşinyan ümid edir ki, Azərbaycanla sülh sazişi tezliklə imzalanacaq

SİYASƏT

22 May 2023 18:25

Oxunma sayi: 1013
Paşinyan ümid edir ki, Azərbaycanla sülh sazişi tezliklə imzalanacaq

“Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir”.

Ermənistan mediasının verdiyi məlumata görə, bunu mayın 22-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır, biz mətn üzrə ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü müvafiq olaraq 29,8 min kv.km və 86,6 min kv.km sahədə qeyd-şərtsiz tanımalı olduğu düsturuna meyillənir”, - deyə Paşinyan bildirib.

Hökumət başçısı hesab edir ki, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri çəkməlidirlər.

“İqtisadi və büdcə göstəriciləri, məncə, cəmiyyətin və iqtisadiyyatın hökumətimizin sülh proqramına reaksiyasıdır”, - deyə Paşinyan əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!