Paşinyandan əsir saxlanılan iki əsgərimizlə bağlı açıqlama: Qaytara bilərik...

SİYASƏT

23 May 2023 08:00

Oxunma sayi: 2583
Paşinyandan əsir saxlanılan iki əsgərimizlə bağlı açıqlama:  Qaytara bilərik...

İki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq.

Azmedia.Az  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!