Peskov : ABŞ son ukraynalıya qədər Rusiya ilə qarşıdurmanı davam etdirir

SİYASƏT

22 Dekabr 2022 15:12

Oxunma sayi: 363
Peskov :  ABŞ son ukraynalıya qədər Rusiya ilə qarşıdurmanı davam etdirir

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bildirib ki, ABŞ Rusiyaya qarşı son ukraynalıya qədər müqavimət xəttini davam etdirir.

Qeyd olunur ki, çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtona səfər edib və burada Amerika lideri Co Baydenlə danışıqlar aparıb və ABŞ Konqresində çıxış edib.

Zelenski etiraf edib ki, Rusiya Federasiyası ilə “ədalətli sülhün” nə olduğunu bilmir, lakin ərazi və suverenlik məsələlərində kompromisləri istisna etdiyinə əmindir.

Peskov, öz növbəsində, ABŞ-ın de-fakto və son ukraynalıya qədər Rusiya Federasiyası ilə qarşıdurmada dolayısı ilə iştirak etməyə yönəlmiş xəttini davam etdirdiyini vurğulayıb.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!