Peskov: Merkelin açıqlamalarından sonra Rusiya Avropanın imzalarına inanmaya bilər

SİYASƏT

19 Dekabr 2022 23:59

Oxunma sayi: 422
Peskov:  Merkelin açıqlamalarından sonra Rusiya Avropanın imzalarına inanmaya bilər

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı açıq bəyanatından sonra Avropada siyasətçilərə güvənməkdən söhbət getmir.

"Burada... inamsızlıq yox, qarşılıqlı inamsızlıq var və təbii ki, bizim onların sözlərinə və imzalarına etibar etməmək üçün bütün əsaslarımız var", - deyə Peskov bildirib.

Xatırladaq ki, Merkel “Die Zeit” jurnalına müsahibəsində “2014-cü il Minsk razılaşmasının Ukraynaya vaxt vermək cəhdi olduğunu” etiraf edib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!