Peskov: Rusiya Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir

SİYASƏT

12 May 2023 16:20

Oxunma sayi: 544
Peskov:  Rusiya Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə müxalifətinin Rusiyaya qarşı respublikada keçiriləcək prezident seçkilərinə qarışmamaq çağırışını şərh edərək, Moskvanın Ankara ilə münasibətlərə dəyər verdiyini bildirib.

“Biz Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki Türkiyə Cümhuriyyəti indiyədək üzləşdiyimiz bütün regional və qlobal problemlərlə bağlı çox məsuliyyətli və düşünülmüş mövqe tutub”, - deyə Kremlin sözçüsü bildirib. 

Peskov əmin edib ki, ikitərəfli münasibətləri yüksək qiymətləndirən Rusiya Türkiyəyə qarşı heç bir tədbir görməyəcək.

Qeyd edək ki, ir müddət əvvəl Türkiyə prezidentliyinə müxalifətdən namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu özünün Tvitter hesabında rus dilində yazı dərc edərək, Rusiyanı ölkədəki prezident seçkilərinə müdaxilə etməməyə çağırıb.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!