Peskov: Rusiya və Türkiyə potensial münasibətlərindən istifadə etmək niyyətindədir

SİYASƏT

30 May 2023 15:39

Oxunma sayi: 436
Peskov: Rusiya və Türkiyə potensial  münasibətlərindən istifadə etmək niyyətindədir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bir gün əvvəl baş vermiş söhbətə münasibət bildirib.

“Heç bir təfərrüatlı müzakirələr olmadı, bu danışıqları və ətraflı müzakirələri davam etdirmək niyyəti və siyasi iradə təsdiqləndi. Münasibətlərimizin potensialı böyükdür və biz bundan maksimum dərəcədə istifadə etmək niyyətindəyik”, - deyə Peskov bildirib.

Bazar ertəsi, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, o, Türkiyə liderini yeni müddətə yenidən seçilməsi münasibətilə təbrik edib, onunla ikitərəfli və regional məsələləri müzakirə edib.

Bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!