Polşa 2023 cü ildə Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyib

SİYASƏT

15 Dekabr 2022 09:40

Oxunma sayi: 431
Polşa 2023   cü ildə Ukraynanın maliyyələşdirilməsini  dəstəkləməyib

Polşa Avropa İttifaqının (Aİ) 2023-cü ildə Ukraynaya 18 milyard avro maliyyə ayırmasını dəstəkləməyib.

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Politico” Aİ diplomatlarına istinadən məlumat yayıb. 

Aİ ölkələrinin daimi nümayəndələri ittifaqdakı iri şirkətlərin mənfəətinə minimum 15 % verginin tətbiqini təsdiqləyiblər.

Bu barədə Polşa və Macarıstan danışıq aparıblar.

Bundan əlavə, nazirlər səviyyəsində ölkələr 2023-cü ildə Ukraynaya 18 milyard avro ayırmaq barədə razılığa gəliblər.

Nəşr qeyd edib ki, Aİ ölkələrinin başçıları Ukraynaya dəstəyi əks etdirən xərclər paketi, Macarstanda vergi islahatlarını təsdiq etməlidir.

Əgər bəndlərdən ən azı birinə veto qoyularsa, o zaman bütün paket qəbul olunmayacaq.

xəbər verir ki, bu barədə “Politico” Aİ diplomatlarına istinadən məlumat yayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!