Polşa BMT dən Almaniyadan müharibə təzminatlarının alınmasına yardım etməsini istəyib

SİYASƏT

03 Yanvar 2023 18:22

Oxunma sayi: 424
Polşa BMT   dən Almaniyadan müharibə təzminatlarının alınmasına yardım etməsini istəyib

Polşa xarici işlər nazirinin müavini, hökumətin təzminat üzrə komissarı Arkadiuş Mulyarçik radioda deyib ki, Varşava İkinci Dünya Müharibəsi zamanı Almaniyanın müharibə cinayətlərinə görə təzminat ödəməsi məsələsinə müdaxilə etmək xahişi ilə BMT-yə bəyanat göndərib.

Mulyarçik qeyd edib ki, Polşa eyni xahişlə YUNESKO və Avropa Şurasına müraciət edib.

O qeyd edib ki, BMT Almaniya ilə dialoqa başlamaq üçün platforma yarada bilər, çünki hələlik Berlin məsələni müzakirə etməkdən imtina edir.

Xatırladaq ki, Polşa Almaniyadan 1,3 trilyon dollar ödəməyi tələb edir.

Berlində dedilər ki, Almaniya artıq kifayət qədər böyük təzminat ödəyib və yeni ödənişlər üçün heç bir əsas yoxdur.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!