Polşanın keçmiş prezidenti Rusiyanı parçalamağa çağırdı

SİYASƏT

11 İyul 2022 09:06

Oxunma sayi: 166
Polşanın keçmiş prezidenti Rusiyanı parçalamağa çağırdı

Polşanın keçmiş prezidenti Lex Valensa Rusiyanı parçalamağa və əhalisini 50 milyonadək azaltmağa çağırıb.

O, bəyan edib ki, Rusiyanın siyasi sistemini dəyişmək, hətta Rusiyada xalqların üsyanı təşkil etmək lazımdır.

Siyasətçinin fikrincə bu gün qlobal təhlükəsizliyi yalnız  Rusiyanın parçalanması ilə təmin etmək mümkündür.

Onun sözlərinə görə, Qərb demokratik yolla, NATO və Aİ vasitəsilə öz təsirini genişləndirir, Rusiya isə bunu zorakılıqla edir.

Valensa, həmçinin dünyanın yenidən iki yerə bölünəcəyini proqnozlaşdırıb. Eks-prezidnetə görə, qarşıdurmanın bir tərəfində NATO ilə Qərb, digər tərəfində isə Rusiya və Çin dayanacaq.

Mənbə: gazeta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!