Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

SİYASƏT

26 May 2023 11:13

Oxunma sayi: 1480
Prezident:  “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Azmedia.Az  xəbər verir ki, müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, - dövlət başçısının müraciətində bildirilib.

Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan Azərbaycan ərazilərində mina yerləşdirilməsinin davam etdirilməsi üçün istifadə etdiyi qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!