Prezident: “Azərbaycan Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır”

SİYASƏT

10 May 2023 11:53

Oxunma sayi: 704
Prezident:  “Azərbaycan Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır”

“Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu vurğulayaraq bildirib ki, ilin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!