Prezident: “Azərbaycan Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə yaxşı irs qoyub”

SİYASƏT

28 Fevral 2023 20:25

Oxunma sayi: 977
Prezident:  “Azərbaycan Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə yaxşı irs qoyub”

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayaraq, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə yaxşı irs qoyduğunu bildirib və bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərini qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!