Prezident: “Biz qaz təchizatının artırılması ilə bağlı əlavə imkanların yaradılması haqqında düşünürük”

SİYASƏT

03 Fevral 2023 12:17

Oxunma sayi: 499
Prezident:  “Biz qaz təchizatının artırılması ilə bağlı əlavə imkanların yaradılması haqqında düşünürük”

“Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündü”.

Azmedia.Az  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Biz bu il yeni yataqlardan məhz hasilatı gözləyirik və mövcud “Şahdəniz” yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir. Biz, həmçinin daxildə enerji səmərəliliyi haqqında düşünürük. Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!