Prezident dövlət agentliyinə 7,8 milyon manat ayırdı

SİYASƏT

29 Mart 2023 23:18

Oxunma sayi: 1035
Prezident dövlət agentliyinə 7,8 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu - Kürdəmir - Bəhrəmtəpə (19 km) - Ərəbmehdibəy - Dədəli - Qasımbəyli - Xəlilli - Mustafalı - Göydəlləkli - Təklə - Dəlilər - Qaraqoyunlu - Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu - Kürdəmir - Bəhrəmtəpə (19 km) - Ərəbmehdibəy - Dədəli - Qasımbəyli - Xəlilli - Mustafalı - Göydəlləkli - Təklə - Dəlilər - Qaraqoyunlu - Kəndoba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon manat ayrılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!