Prezident Ərdoğan: “Bu işi birinci turda bitirəcəyik”

SİYASƏT

13 May 2023 20:18

Oxunma sayi: 456
Prezident Ərdoğan: “Bu işi birinci turda bitirəcəyik”

“Sabah seçki qutusuna sahib çıxaq. Bir səs bu qardaşınıza, bir səs Cümhur İttifaqına. Biz nə lazımdırsa edəcək və birinci turda işin bitməsini təmin edəcəyik”.

Bunu İstanbulda seçicilər qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı Ümraniyedə vətəndaşlara müraciət edərək deyib ki, biz 14 may seçkilərinə ölkəmizin gələcəyini, millətimizin nailiyyətlərini, dövlətimizin hədəflərini qoruduğumuz demokratiya bayramı kimi baxırıq.

“Nə qədər ki, biz bir yerdəyik, Allahın izni ilə koalisiya masasını darmadağın edəcək, terror və sələmçi kürsüsünü əzəcəyik”, - deyə o əlavə edib.

Mənbə: Haber Global

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!