Prezident: “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib”

SİYASƏT

11 Aprel 2023 00:40

Oxunma sayi: 767
Prezident:  “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib”

“Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində bildirib.

Dövlətimizin başçısı deyib:

“Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, ulu öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!