Prezident: “İki ildən çoxdur ki, Laçın rayonunun bərpası ilə bağlı işlər aparılır”

SİYASƏT

28 Mart 2023 16:01

Oxunma sayi: 511
Prezident:  “İki ildən çoxdur ki, Laçın rayonunun bərpası ilə bağlı işlər aparılır”

“Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Hava limanının yerini müəyyən edərkən qarşıya çıxan çətinliklərdən danışan dövlətimizin başçısı deyib: “Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!