Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb YENİLƏNİB

SİYASƏT

19 Yanvar 2023 23:21

Oxunma sayi: 479
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb   YENİLƏNİB

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olundu.

Klaus Şvab Azərbaycanın Dünya İqtisadi Forumunun yeni təşəbbüslərinə, o cümlədən Dördüncü Sənaye İnqilabı sahəsində yeni layihələrə qoşulmasını məmnunluqla qeyd etdi.

Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti xüsusi vurğulandı və bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi bildirildi.

Klaus Şvab Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini xüsusi vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

************

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!