Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib YENİLƏNİB + FOTO

SİYASƏT

10 Aprel 2023 11:50

Oxunma sayi: 1391
Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib   YENİLƏNİB + FOTO

Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

     

*******************

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana rəsmi səfərə gedir.

Məlumata görə, Azərbaycan liderinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşü gözlənilir. Prezidentlərin ölkələr arasında ikitərəfli strateji əməkdaşlığın inkişafını müzakirə edəcəkləri bildirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!