Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

SİYASƏT

04 Oktyabr 2019 21:14

Oxunma sayi: 390
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

Prezident İlham Əliyev Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu göndərib.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

 

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

 

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!