Prezident: “Ticarət limanının yükaşırma qabiliyyəti 25 milyon tonadək qədər artırılacaq”

SİYASƏT

18 Yanvar 2023 20:55

Oxunma sayi: 599
Prezident:  “Ticarət limanının yükaşırma qabiliyyəti 25 milyon tonadək qədər artırılacaq”

“Azərbaycan çox böyük coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq”.

Azmedia.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.

“Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”, - deyə dövlətimizin başçısı bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!