Prezidentin köməkçisi: “Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub”

SİYASƏT

02 May 2023 14:26

Oxunma sayi: 736
Prezidentin köməkçisi:  “Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub”

“Biz yeni fəaliyyətə başlayanda Dövlət Neft Fondunun 270 milyon dollar vəsaiti var idi, indi isə 50 milyard dollardan çoxdur”.

Azmedia.Az  xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Şahmar Mövsümov “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Son 20 il ərzində Azərbaycan ÜDM-i 3,6 dəfə, iqtisadiyyata investisiya isə 4 dəfə artıb. Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub. İstənilən rəqəmlər faizlə deyil, dəfə ilə ölçülür. Bunun bünövrəsi Heydər Əliyev tərəfindən yaradılıb və hazırda İlham Əliyev tərəfindən davam etdirilir”, - deyə Şahmar Mövsümov vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!