Prezidentin təltif etdiyi gənclər kimdir? FOTO

SİYASƏT

02 Fevral 2023 02:40

Oxunma sayi: 622
Prezidentin təltif etdiyi gənclər kimdir?   FOTO

Prezident İlham Əliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sərəncam imzalayaraq, bir sıra gəncləri təltif edib, onlardan 7-si “Tərəqqi” medalına layiq görülüb.

Maraqlıdır ki, dövlət başçısı tərəfindən bu medala layiq görülənlərdən 5-i iş yoldaşıdır. Onlar, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun əməkdaşlarıdır.

Fuad Babayev Gənclər və İdman Nazirliyində çalışır. O, nazirliyin Gənclərlə iş şöbəsinin müdiridir.

Orxan Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavinidir.

Vüsalə Niftəliyeva Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiridir.

Günay Qədimbəyova da eyni şöbədə çalışır. Amma o, şöbənin Baş mütəxəssisidir.

Şəfəq Bayramova isə Gənclər Fondunun Maliyyə və təsərrüfat şöbəsində Baş mütəxəssisdir.

Qədirov Mübariz də Gənclər Fonunda çalışır. O, Fondun Gənclər təşkilatları ilə iş şöbəsinin Baş mütəxəssisidir.

“Tərəqqi” medalı ilə təltif olunan Qadir Əkbərov Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!