Professor Andranik Miqranyanın Ermənistana girişi qadağan edilib

SİYASƏT

28 Oktyabr 2022 15:31

Oxunma sayi: 463
Professor Andranik Miqranyanın Ermənistana girişi qadağan edilib

Rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Miqranyanın adı Ermənistana girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib.

Bu barədə Ermənistanın “Telegram” kanalları A.Miqranyana istinadən məlumat yayıb.

Professorun sözlərinə görə, o, Ermənistana giriş qadağası barədə 2022-ci ilin yayında xəbər tutub.

Əlavə edək ki, bir müddət əvvəl rusiyalı jurnalist Marqarita Simonyanın və Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin də Ermənistana girişinə qadağa qoyulmuşdu.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!