Prokurorluq işçilərinin maaşlarına əlavələrin məbləği artırılıb

SİYASƏT

09 Dekabr 2022 09:26

Oxunma sayi: 746
Prokurorluq işçilərinin maaşlarına əlavələrin məbləği artırılıb

Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!