Putin Azərbaycana yeni səfir təyin etdi

SİYASƏT

14 İyun 2023 13:28

Oxunma sayi: 754
Putin Azərbaycana yeni səfir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana yeni səfir təyin edib.

Rusiya dövlət başçısının müvafiq fərmanı hökumətin rəsmi portalında dərc olunub.

V.Putinin fərmanına əsasən, Mixail Nikolayeviç Yevdokimov Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla hazırkı səfir Mixail Boçarnikov vəzifəsindən geri çağırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!