Putin Ərdoğana nüvə silahından istifadə edib etməyəcəyini deyib

SİYASƏT

03 Noyabr 2022 18:45

Oxunma sayi: 572
Putin Ərdoğana nüvə silahından istifadə edib   etməyəcəyini deyib

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya tərəfinin Ukraynada nüvə silahından istifadə etmək planının olmadığı barədə Türkiyəni məlumatlandırıb”.

Azmedia.Az “TRT” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi isə, öz növbəsində “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığına dair iddiaları təkzib edib.

Kalın, həmçinin qeyd edib ki, Türkiyə tərəflərə münaqişənin dinc yolla həlli üzrə danışıqlara geri dönməyi təklif etmək niyyətindədir.

Xatırladaq ki, noyabrın 1-i Ərdoğanla Putin arasında telefon danışığı baş tutub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!