Putin hərbi vəziyyət bölgələrində seçkilərə qoyulan qadağanı ləğv edən QANUN İMZALADI

SİYASƏT

29 May 2023 15:04

Oxunma sayi: 548
Putin hərbi vəziyyət bölgələrində seçkilərə qoyulan qadağanı ləğv edən  QANUN İMZALADI

Rusiya prezidenti Vladimir Putin hərbi vəziyyətin tətbiq olunduğu Rusiya regionlarında seçkilərin keçirilməsinə qadağa qoyulmasını istisna edən qanunu imzalayıb.
 

Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Belə regionlarda seçkilərin keçirilməsi ilə bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) Rusiya Müdafiə Nazirliyi və FSB ilə məsləhətləşmələrinin nəticələrinə əsasən veriləcək.

“Bu hallarda həm hərbi vəziyyətin tətbiq olunduğu bütün ərazidə, həm də həmin ərazinin bir hissəsində referendum və dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına seçkilər keçirilə bilər”, - sənəddə deyilir.

2022-ci il oktyabrın 19-dan Luqansk və Donetsk Xalq Respublikaları, eləcə də Zaporojya və Xerson vilayətlərində hərbi vəziyyət qüvvədədir. Ötən il sentyabrın 30-da dörd yeni region Rusiyanın tərkibinə daxil olub. Regionlarda referendumlar 2022-ci il sentyabrın 23-dən 27-dək keçirilib.

mənbə:lenta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!