Putin: “İlham Əliyevin böyük layihələrinin reallaşması üçün hər şeyi edirik“

SİYASƏT

03 Oktyabr 2019 16:25

Oxunma sayi: 337
Putin: “İlham Əliyevin böyük layihələrinin reallaşması üçün hər şeyi edirik“

"Müəllifi Azərbaycan prezidenti olan planları nəzərdə tuturam. Biz isə bu konkret böyük layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik"

 

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

 

Azmedia.az "Sputnik"ə istinadən xəbər verir ki, prezidentlərin görüşü "Valday" beynəlxalq diskussiya klubunun 16-cı toplantısı çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında münasibətlər və iqtisadi perspektivlər müzakirə olunub.


"Bizim şəxsi əlaqələrimizdə fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ölkələr arasında ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar alıb", - deyə Putin vurğulayıb.


Rusiya prezidentinin fikrincə, bu istiqamətdə ölkələrin çox yaxşı perspektivləri var: "Müəllifi Azərbaycan prezidenti olan planları nəzərdə tuturam. Biz isə bu konkret böyük layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik”.


O, vurğulayıb ki, bu layihələrin üzərində ikitərəfli hökumətlərarası komissiya da işləyir: "Digər istiqamətlər üzrə münasibətlərimizin necə inkişaf etməsinə dair informasiya mübadiləsi aparmağımıza ehtiyac var. Ümid edirəm ki, bu bizə müfəssəl olacaq və siz maraqlı ümumi diskussiyanı hiss edəcəksiniz”.
 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!