Putin İranda Ərdoğanla görüşəcək

SİYASƏT

12 İyul 2022 14:16

Oxunma sayi: 138
Putin İranda Ərdoğanla görüşəcək

İyulun 19-u İranın paytaxtı Tehranda Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək.

Azmedia.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Onun sözlərinə görə, Putin, həmçinin Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə də görüşəcək.

Xatırladaq ki, İran mediası V.Putinin gələn həftə İrana səfər edəcəyi barədə məlumat yayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!