Putin NATO nu aqressiv genişlənmədə ittiham edib

SİYASƏT

09 Dekabr 2022 14:13

Oxunma sayi: 467
Putin NATO   nu aqressiv genişlənmədə ittiham edib

Qərb ölkələri bütün mümkün vasitələrlə hökmranlığı saxlamaq niyyətindədir.

Rusiya prezidenti bunu Ali Avrasiya İqtisadi Şurasının Bişkekdə keçirilən iclası çərçivəsində bəyan edib.

Vladimir Putin deyib ki, Avropa və Amerika Birləşmiş Ştatları gücə mərc edirlər. Bunun sübutu - rəngli inqilablar və sanksiyalardır. Rusiya prezidenti vurğulayıb ki, Şimali Atlantika Alyansının genişlənməsi aqressiv formada davam edir.

Artan münaqişə potensialı Qərb elitalarının hərbi, maliyyə, siyasi, ideoloji və iqtisadi üstünlüklərini saxlamaq cəhdlərinin nəticəsidir. 

"Onlar qəsdən beynəlxalq vəziyyəti gərginləşdirir və xaosu çoxaldırlar", - deyə Rusiya rəhbəri bildirib. Sammitdə Ermənistan, Belarus, Qazaxıstan, Özbəkistan və Kuba dövlət başçıları da iştirak edir, Putin dekabrın 9-da səhər saatlarında Qırğızıstana gəlib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!