Putin Paşinyanla Yerevanda görüşəcək

SİYASƏT

21 Noyabr 2022 18:55

Oxunma sayi: 554
Putin Paşinyanla Yerevanda görüşəcək

Azmedia.Az INTERFAX.RU-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin  noyabrın 23-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bazar ertəsi Putinin KTMT sammiti çərçivəsində İrəvanda Paşinyanla görüşüb-görüşməyəcəyi sualını cavablandıran Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Bəli, bu (görüş) əlbəttə ki, planlaşdırılır" deyə bildirib .

Görüşün noyabrın 23-də baş tutub-tutmayacağı ilə bağlı dəqiqləşdirici suala prezidentin mətbuat katibi müsbət cavab verib.

 

Əliyeva Ülkər

Azmedia.Az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!