Putin Tehrana səfəri zamanı İranın ali dini lideri ilə görüşəcək

SİYASƏT

18 İyul 2022 15:28

Oxunma sayi: 174
Putin Tehrana səfəri zamanı İranın ali dini lideri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı (19 iyul) İranın ali dini lideri Əli Xamenei ilə görüşəcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Putinin Türkiyə prezidenti ilə də görüşəcəyini xatırladıb.

Peskov Moskvanın dövlət başçılarının çox dolğun dialoq aparacağına ümidvar olduqlarını deyib.

Daha sonra Kremlin sözçüsü qeyd edib ki, Putin Rəisi ilə dronların alınmasını müzakirə etməyi planlaşdırmayıb. Eyni zamanda, o, Rusiya Federasiyasının guya İrandan pilotsuz uçuş aparatları almaq variantını nəzərdən keçirməsi ilə bağlı Vaşinqtonun xəbərinə heç bir şərhi olmadığını açıqlayıb.

Mənbə: Komsomolskaya Pravda

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!