“Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər”

SİYASƏT

07 Oktyabr 2022 22:27

Oxunma sayi: 350
“Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər”

Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak etmək barədə razılığa gəliblər.

Azmedia.Az xəbər verir ki, bu barədə “The National” nəşri yazıb. Nəşr İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagisə istinad edib. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın G20 sammitində iştirak edəcəyini təsdiqləyib, lakin o bildirib ki, format hələ müəyyənləşməyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!