Putin və Zelenski Türkiyəyə səfər edəcək

SİYASƏT

31 May 2023 13:25

Oxunma sayi: 741
Putin və Zelenski Türkiyəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-ü keçiriləcək andiçmə mərasimində çox sayda xarici liderlər iştirak edəcək.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb. 

Məlumata görə, Ərdoğanın inauqurasiyasından sonra Rusiya və Ukrayna Prezidentlərinin Türkiyəyə səfəri planlaşdırılır.
İlk olaraq, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi, bunun ardınca isə Ukrayna lideri Volodimir Zelenskinin səfərinin baş tutacağı gözlənilir.

Qəzet yazır ki, Putin və Zelenskinin Türkiyəyə səfəri zamanı müharibənin gedişatı və taxıl sazişi məsələləri müzakirə ediləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!