Putini dövlətə xəyanətdə ittiham edən deputatlar polisə çağırıldı

SİYASƏT

09 Sentyabr 2022 16:37

Oxunma sayi: 289
Putini dövlətə xəyanətdə ittiham edən deputatlar polisə çağırıldı

Rusiyanın Sankt-Peterburq şəhərində “Smolninskoe” Bələdiyyə Şurasının deputatları Dövlət Dumasına müraciət edərək ölkə Prezidenti Vladimir Putini dövlətə xəyanətdə ittiham etməyi təklif edib.
Azmedia.Az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən müraciət Dumada olan partiya liderlərinə və Rusiyanın Təhlükəsizlik Şurasına ünvanlanıb.

Bildirilir ki, bunun ardınca, həmin müraciəti ünvanlayan 7 deputat protokolların tərtib edilməsi üçün polisə çağırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!