Putinin doğum günü: Rusiya prezidentinə gələn ən orijinal hədiyyələr VİDEO

SİYASƏT

07 Oktyabr 2019 19:58

Oxunma sayi: 352
Putinin doğum günü:     Rusiya prezidentinə gələn ən orijinal hədiyyələr   VİDEO

Bu gün Rusiya prezidenti Vladimir Putinin 67 yaşı tamam olub. Dövlət başçısının doğum gününü təbiət qoynunda yaxınları və dostlarının əhatəsində keçirəcəyi bildirilir.

 

Prezidentin doğum günündə fərqli və maraqlı hədiyyələr alması təəccüblü deyil. Onlardan bəziləri bizə məlumdur. Belə ki, 2002-ci ildə Vladimir Putinin 50 illik yubileyi Kişinyovda MDB ölkələri liderlərinin görüşünə təsadüf edib. Moldova Prezidenti Vladimir Voronin Rusiya dövlət başçısına xatirə olaraq büllur timsah hədiyyə edərək, "timsah geri addım atmayan yeganə varlıqdır" deyib.

 

2008-ci ildə Rusiyanın Baş naziri Vladimir Putinə ad günü hədiyyəsi olaraq  iki aylıq Ussuri pələng balası verilib (hədiyyəni verənin adı açıqlanmayıb). Putinin fikrincə, bu, onun həyatındakı ən orijinal hədiyyə olub. Bir müddət Maşa adlı ev heyvanı Novo-Oqarevoda qalıb. Daha sonra onu Gelencikdəki zooparka aparıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!