Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər SENSASİON AÇIQLAMA

SİYASƏT

15 Oktyabr 2019 09:56

Oxunma sayi: 453
Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər   SENSASİON AÇIQLAMA

"Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlar bu ölkənin bölgədəki mövqelərini gücləndirəcək”.

 

Azmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Lepexin Ermənistan mətbuatına açıqlamasında deyib.

 

Lepexin erməni jurnalistin "Türkiyənin Suriya əməliyyatları bölgəyə necə təsir edəcək?” sualına belə cavab verib:


"Ən başlıcası, Türkiyə kürd silahlı qüvvələrini sıxışdıracaq, təkcə kürdləri yox, Suriya, ABŞ və Rusiyanı da öz şərtlərini müzakirə etməyə məcbur edəcək. İkincisi, Rusiya bölgənin əsas oyunçusuna çevrilir. Üçüncüsü, ərəb dünyası ölkələrinin Türkiyənin istəklərinə zidd olaraq bir qədər konsolidasiyasını gözləməliyik.


Dördüncüsü, Türkiyənin bu uğurlu əməliyyatlarından sonra Azərbaycanın bölgədəki rolu kəskin artacaq ki, bu da Ermənistanda Nikol Paşinyanın, habelə Gürcüstanda Salome Zurabişvilinin mövqeyini zəiflədir”.


Rus politoloq hesab edir ki, Azərbaycan Rusiya və Türkiyə arasında vasitəçi rolunu oynaya bilər:


"Bakı, şübhəsiz ki, Moskva ilə Ankara arasındakı təmaslarda fəal vasitəçi olacaq. Azərbaycan Avrasiya İttifaqı və KTMT-yə daha sıx inteqrasiya müqabilində Qarabağ probleminin Bakının maraqları nəzərə alınmaqla həll olunmasında əlavə üstünlüklər qazanacaq. Digər yandan Qərblə münasibətləri inkişaf etdirməyə güvənən Ermənistanın hazırkı rəhbərliyi öz havadarları (Rusiya) tərəfindən tərk ediləcək.


NATO-ya tələsən Gürcüstanın hazırkı rəhbərliyi də bundan zərərli çıxa bilər, çünki bu hərbi ittifaq yaxın 5 il ərzində ciddi islahat aparacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!