Qarabağa istənilən missiya yalnız hər iki tərəfin razılığı ilə göndərilə bilər Peskov

SİYASƏT

11 Yanvar 2023 13:50

Oxunma sayi: 350
Qarabağa istənilən missiya yalnız hər iki tərəfin razılığı ilə göndərilə bilər   Peskov

BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiyalar yalnız hər iki tərəfin - həm Bakının, həm də İrəvanın razılığı ilə göndərilə bilər.

Azmedia.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya “öz öhdəliklərini yerinə yetirə bilmirsə” BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

"Müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiya yalnız hər iki tərəfin razılığı ilə göndərilə bilər", - deyə, Kreml sözçüsü Rusiya və Ermənistan liderlərinin bu mövzunu müzakirə edib-etmədiyi barədə suala cavabında bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!