Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib

SİYASƏT

25 Aprel 2023 20:07

Oxunma sayi: 816
Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.

Məlumata görə, onu general-polkovnik Aleksandr Lentsov əvəz edib.

Qeyd edək ki, vaxtilə Lentsov Rusiya Hərbi Hava Qüvvələri Komandanının müavini (2009-2013),  Quru Qoşunlarının Ali Baş Komandanının müavini (2013 - 2020) olub. General-polkovnik 2020-ci ildən Rusiya Müdafiə nazirinin müşaviridir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!