Qarabağda son təxribat: Separatçı zümrənin alt üst olmuş planları

SİYASƏT

08 Mart 2023 09:05

Oxunma sayi: 1398
Qarabağda son təxribat:  Separatçı zümrənin alt   üst olmuş planları

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qarabağda törədilən son təxribatın pərdəarxası haqqında danışıb.

O bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya separatçıların planlarını əsaslı şəkildə pozub:

“Onlar indi bu yoldan istifadə etməklə nə Qarabağa silah-sursat daşıya bilir, nə də taladıqlarını buradan çıxara bilirlər. Həmçinin martın 1-də Xocalıda ermənilərlə keçirilən görüş də müstəqillik xülyası ilə yaşayan separatçı zümrənin planlarını alt-üst edib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!