Qazanc öz işini gördü: “Twitter”in aktiv istifadəçilərinin sayı rekord həddə FOTO

İKT

18 Noyabr 2022 16:30

Oxunma sayi: 502
Qazanc öz işini gördü:  “Twitter”in aktiv istifadəçilərinin sayı rekord həddə   FOTO

“Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı yenidən rekord həddə çatıb.

 

Məlumata görə, bu barədə amerikalı milyarder İlon Mask özünün “Twitter” hesabında xəbər verib.

“Və... biz bu dəqiqə etibarilə “Twitter” istifadəçilərinin sayına görə rekord qırdıq”, – sahibkar öz səhifəsində yazıb.

Mask əvvəlki rekordu noyabrın 11-də elan etmişdi.

Amma hər iki halda istifadəçilərin dəqiq sayı açıqlanmayıb.

Noyabrın 7-də “The Verge” internet portalı daxili “Twitter” sənədinə istinadən yazıb ki, sosial şəbəkədən pul qazanan istifadəçilərin sayında gündəlik artım Maskın rəhbərliyinin ilk həftəsində rekord həddə çatıb; pul qazanan istifadəçilərin sayında gündəlik artım 20% artıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!