Qaziantepli zəlzələ qurbanları Bakıda müalicəyə başladılar VİDEO

SİYASƏT

14 Fevral 2023 09:03

Oxunma sayi: 859
Qaziantepli zəlzələ qurbanları Bakıda müalicəyə başladılar   VİDEO

Türkiyədəki dağıdıcı zəlzələdə evsiz qalan, körpəsi və azyaşlı övladları ilə birgə müalicə üçün Azərbaycana gətirilən Qaziantepli zəlzələ qurbanları Baku TV-yə danışıblar.

Onlar yaradılan şərait üçün təşəkkürlərini bildiriblər. Eləcə də həmin gecə baş verən zəlzələnin dəhşətlərindən danışıblar

Qeyd edək ki, bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdiriliblər, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər”.

Ətraflı videonu təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!