Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

SİYASƏT

25 Aprel 2024 16:45

Oxunma sayi: 154
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb -  FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

Azmedia.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarovu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!