Qriqoryan: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”

SİYASƏT

21 Fevral 2024 17:43

Oxunma sayi: 358
Qriqoryan: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”

“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”.

Azmedia.Az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

Qriqoryan qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Qeyd edilib ki, cari ilin 4 yanvar tarixində Ermənistan sülh müqaviləsi layihəsinə dair təkliflərini Azərbaycana təqdim edib.

Mənbə: Sputnik Ermənistan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!